2023 Praying for Muslims -Azerbaijani

2023 Praying for Muslims -Azerbaijani

Cümə, 24 mart 2023-cü il

Bu həftə İslamdakı oruc barədə dua edəcəyik Bu mövsümdə müsəlmanlar bir ay oruc tuturlar. Bu orucluq ayının adı Ramazan ayıdır. Müsəlman təqvimi cəmi 354 gündən ibarət olan qəməri ilinə əsaslanır. Beləliklə, hər il bir ay davam edən orucluq ayı əvvəlki ilə nisbətən təxminən 11 gün tez başlayır. Müsəlmanlar bu ay ərzində hər gün səhərdən gün batana qədər oruc tuturlar. Onlar yeməkdən, içkidən, siqaretdən, xoş qoxulardan, evlilik münasibətlərindən çəkinirlər. Axşamlar isə bayramla iftar edirlər. Ertəsi gün səhərə qədər yeməyə icazə verilir.…

Cümə, 17 mart 2023-cü il

Bu həftə biz Təbrizdə polis rəisi olan Merat Sultanın irsi barədə dua edəcəyik Merat Sultan 1876-cı ildə İran şah  sarayında anadan olub. İranın Təbriz şəhərində polis və ordu rəisi olub. Ruslar o əraziyə girib oranı işğal etdikdə Sultanı edam etmək planları qurdular. O qaçdı, amma qar yağdığından bir erməni keşişinin evində dayanmalı oldu. Kahin onu 40 gün ərzində evində saxladı və yedizdirdi. Sultan öz təqibçilərindən qaçmağa davam etmək qərarına gəldikdə keşiş ona dedi ki, qaldığı müddət ərzində onun müdafiə olunması…

Cümə, 10 mart 2023-cü il

Bu həftə Livan ölkəsi üçün dua edəcəyik İki əsr əvvəl Yaxın Şərqə Qərbdən missionerlər gəlməyə başladı və Livan onların üstünlük verdiyi bölgə idi. O, Suriyanın bir hissəsi idi və Osmanlı hakimiyyəti altında idi. Allahın köməyi və Müqəddəs Ruhun gücü ilə missionerlər bir neçə onillik ərzində böyük məhsul yığdılar. Onların haqqında çoxumuz eşitməsək də, Bliss, Jessap, Smit və Van Dik kimi insanlar missionerlər salnaməsində korifeylərdir. Onlar hər şeylərini qurban verdilər, çox əzab çəkdilər, təhdidlər, aclıq, xəstəlik və bir çox başqa problemlərlə…

Cümə, 3 mart 2023-cü il

Bu həftə müsəlmanların İsa Məsihi Yaxşı Çoban kimi tanımaları üçün dua edəcəyik Allahın Kəlamında İsaya müxtəlif adlar verilir və onlar müxtəlif yollarla təsvir olunur. Məsələn, İsa Özünü “Yaxşı Çoban” adlandırır (Yəhya 10:14). Onu bizə qayğı göstərən, bizi yaşıl çəmənlərdə dincəldən, bizi sakit axan sular kənarında gəzdirən, bizi canlandıran, salehlik yolları ilə aparan kimi tanımaq necə də böyük şərəfdir (Zəbur 23:1-3). İtmiş qoyunu tapana qədər onu axtaran da Odur (Luka 15:4). Qoyunlar üçün canını verən yeganə Kəs Odur (Yəhya 10:11, 15).…

Cümə, 24 fevral 2023-cü il

Bu həftə biz Müdafiəçimiz olan Allahımızı ucaldacağıq Musa afrikalı bir qadınla evlənmişdi. Ola bilsin ki, irqçilik məsələsinə görə onun ailəsi xoşbəxt deyildi. Onun əleyhinə danışırdılar. Lakin Allah onu müdafiə edirdi (Saylar 12-dəki hekayəni oxuyun). İnsanların sizin əleyhinizə danışdığını və hiylə qurduğunu gördükdə Allaha güvənin, çünki O sizin müdafiəçinizdir. İstər Məsihin davamçısı olduğunuza görə, istər etnik mənsubiyyətinizə görə, istərsə də başqa bir şeyə görə sizi ələ salıb təhqir etsələr də, göylərdə olan Atanız bunu görür və eşidir. Allah sizin haqlı çıxmağınızı…

Cümə, 17 fevral 2023-cü il

Bu həftə yeni qəlblər axtaranların ilahi vəhy almaqları üçün dua edəcəyik Biz “qapalı qapılar arxasında” keçirilən toplantının ortasında idik ki, kimsə qapımızın zəngini çaldı. Mən tez dua etdim və qapını açıb Mouldi adlı bir qəribi gördüm. O, Avropada İsaya iman gətirdiyini dedi. Rəbdən xahiş etdim ki, onun həqiqəti söylədiyini, yoxsa məsihçi adı altında maskalanan gizli polis olub-olmadığını mənə aşkar etsin! Müqəddəs Ruh məni sakitləşdirdi və mən Mouldini toplantı keçirilən otağımıza apardım. O, içəri girəndə oranı sükut bürüdü. Toplantımıza yad birinin…

Cümə, 10 fevral 2023-cü il

Bu həftə sürgündə olan imanlılar üçün dua edəcəyik Yeni iman etmiş məsihçinin iş yoldaşı onun Müqəddəs Kitabı oxuduğunu görüb səlahiyyətli şəxslərə məlumat verdi. Onun İsanın davamçısı olduğunu biləndə dərhal onun ailəsinə xəbər verdilər və ailəsi onu öldürmək üçün planlar qurmağa başladı. Beləcə, o, vaxt itirmədən başqa ölkəyə qaçdı. Məsihə iman gətirən bir çox müsəlmanlar evlərini tərk etməli olurlar. Onlardan bəziləri miraslarını itirir, fiziki və emosional zorakılığa məruz qalırlar. Digərləri isə qətlə yetirilirlər. Bu cür sərt cəzalardan boyun qaçırmaq üçün çoxları…

Cüm, 3 fevral 2023-cü il

Bu həftə müsəlman torpaqlarına səyahət edən məsihçilər üçün dua edəcəyik Müxtəlif ölkələrdən olan məsihçilər dünyanın hər yerinə səyahət edirlər. Onların böyük hissəsi müsəlman ölkələrinə gedir. Müqəddəs Ruh bizi itmişlər üçün ilahi istəklə doldurduqda biz Rəbbimiz və Xilaskarımızın şahidləri olmaq üçün necə böyük qüvvəyə çevrilə bilərik! Ağzımızı açmaq üçün bizdə Müqəddəs Ruhun məshi və cəsarəti olarsa, Allahın bizi ehtiyacı olan insanlara istiqamətləndirib  onlara xidmət etmək üçün sözlərimizdən necə istifadə etdiyinə mat qalacağıq. Dua Rəbb Allah, öz Xilaskarına sadiq qalan və müsəlman…

Cümə, 27 yanvar 2023-cü il

Bu həftə dua edirik ki, Orta Şərqdəki cəmiyyətlər müsəlmanları Məsihə gətirməkdə fəal olsunlar Yaxın Şərq dünyanın hər yerinə nisbətən daha qədim cəmiyyətə malikdir. Bununla belə, 7-ci əsrdə İslamın əraziyə hücumu və müsəlman imperiyasının genişlənməsi səbəbindən bugünkü Yaxın Şərq əhalisi əsasən müsəlmandır. Bu işğal və avtoritar İslam idarəçiliyinə görə məsihçilər və müsəlmanlar arasında kəskin və anlaşılmaz parçalanma olmuşdur. Biz bilirik ki, yalnız Allahın məhəbbəti bu vəziyyəti dəyişdirə bilər. Siyasəti, dini və millətçiliyi bir yana qoysaq, iki dinin xalqının eyni dildə danışması…

Cümə, 20 yanvar 2023-cü il

Bu həftə biz müsəlmanlar arasında zəfər çalan imanlılar cəmiyyəti üçün dua edəcəyik İsa bizə vəd verib: “Mən cəmiyyətimi quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək” (Matta 16:18)[1]. Qədim dövrlərdə şəhər darvazaları ağsaqqalların öz cəmiyyətlərinin işlərini müzakirə etmək üçün toplaşdıqları yer idi (Yaradılış 19:1; 23:10; Rut 4:1). Cəhənnəmin qapıları da iblisin  Allahın xalqına qarşı hiylə qurmaq üçün öz ruhlarını topladığı yerdir. Biz bəyan edirik ki, İsanın müsəlmanlar arasında cəmiyyətə verdiyi vəd yerinə yetəcək və şeytanın ona qarşı olan hiylələri heç…
  • 1
  • 2