Bu həftə Şeyx Məhəmməd Mənsurun irsi haqqında dua edəcəyik

Məhəmməd Mənsur İslam məktəblərini əla qiymətlərlə bitirmişdi. Daha sonra Misirin cənubundakı Suhaq məscidinin mollası oldu. Bir müddət sonra İslam məktəbinin əsasını qoydu.

Nədənsə, o, “məsihçiliyi” məhv etmək qərarına gəldi. Bunun üçün o, Müqəddəs Kitabı oxuyaraq özünü hazırlaşdırırdı. Lakin o, Allahın Kəlamını oxuduqca həqiqəti kəşf etdi. Şübhələr, çaşqınlıq və narahatlıqla mübarizə apararaq o qərara gəldi ki, Məsih dünyanın Xilaskarıdır.

Ətrafındakılar və ailəsi qəzəblə ona qarşı üsyan etdilər, lakin vəftiz olunmaq üçün Qahirəyə getdiyindən onu tapa bilmədilər. Daha sonra əmisi onun arxasınca gələrək onu öldürmək istəyib. Möcüzəvi şəkildə ona heç bir xətər dəyməmişdi. O, cəsarətlə əmisi ilə Müjdəni  bölüşmüşdü və sonra mehribanlıqla onu qatar stansiyasına qədər yola salmışdı.

Şeyx Mənsur bir vaxtlar məhv etməyə çalışdığı Müjdənin təbliğçisi oldu. Uzun illər o, bütün Misiri gəzərək həm müsəlmanları, həm də qeyri-müsəlmanları Rəbb Məsihə gətirirdi. O hətta qardaşı Kamili də Məsihə gətirmişdi. Mən universitet tələbəsi olanda Kamil Mənsurun Yaxın Şərqin ən böyük cəmiyyətində dəfələrlə dua xidmətinə rəhbərlik etdiyini eşitmişdim.

Dua

Səmavi Atamız, lütfünə görə çox minnətdarıq! Yolların ağlasığmaz, məhəbbətin dərindir. Şeyx Məhəmməd Mənsurun həyatı və irsinə görə Sənə minnətdarıq. Onun kimi insanların daha çox olmasını istəyirik!

Bizə İsa Məsihi, Xilaskar və Rəbbi təbliğ etmək üçün Mənsuru məscid minbərindən cəmiyyətin kafedrasına aparan cəsarəti ver. Bizə onun kimi hikmət və xeyirxahlıq bəxş et ki, müsəlmanları təhqir etmədən, həlimlik və mehribanlıqla onları İsanın çarmıxına tərəf aparaq.

Effektiv müjdəçilər olmaq və Rəbb İsanın saysız-hesabsız müsəlmanların həyatını necə dəyişdirdiyini görmək üçün bizi Müqəddəs Ruhunla məsh et. Amin.

Allahın vədi

Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol! (Matta 25:21).