2023 Praying for Muslims -Azerbaijani (Page 3)

2023 Praying for Muslims -Azerbaijani (Page 3)

Cümə, 13 yanvar 2023-cü il

Bu həftə qaçqınlar üçün dua edəcəyik Hazırda dünyada bir milyarda yaxın insan daxmalarda yaşayır. Pis və acınacaqlı şəraitdə yaşayan insanlar özlərini alçaldılmış və rəzil hiss edirlər – suları, kanalizasiya sistemləri yoxdur, çarpayı əvəzinə yerə karton sərib yatırlar. Bu insanların sayı gündən-günə artır. Onlar hamısı müsəlman olmasa da, böyük hissəsi müsəlmandır. Dua Ya Rəbb Allah, Sən insanları Öz surətində yaratdın ki, onlar  Sənin  və İsanın adını izzətləndirsinlər. Antisanitariya və acınacaqlı şəraitdə yaşamağa məhkum olunmuş bacı  qardaşlarımız üçün dua edirik. Hakimiyyətdə olan…

Cümə, 6 yanvar 2023-cü il

Bu həftə biz Məsihə iman edəcək müsəlman mollalar üçün dua edəcəyik Molla məsciddə namaz qılan və digər dini ayinləri yerinə yetirən müsəlman rəhbəridir. O həm də xalqına nəsihət və istiqamət verən bir icma rəhbəridir. İncildə yəhudi rəhbərləri İsaya qarşı çıxanların və ona nifrət edənlərin arasında olurdular. Onlardan bir çoxunun İsaya iman gətirməsini kimsə təsəvvür edə bilərdimi? Bununla belə, Əhdi-Cədiddə yazılanlara əsasən, məhz belə də oldu (Həvarilərin İşləri 6:7). Gəlin birlikdə inanaq ki, Allahın Ruhunun qüdrəti vasitəsilə on minlərlə müsəlman mollası…