Bu həftə Bərəkət vadisi haqqında dua edəcəyik

Allahın əmri ilə və heç bir döyüş olmadan İsrail padşahı düşmənləri üzərində böyük qələbə çaldı. Onlar çoxlu mal-qara, paltar, avadanlıq və qiymətli əşyalar götürdülər. Bundan sonra onlara kömək edən Rəbbi izzətləndirmək üçün vadiyə toplaşdılar. Onlar toplaşdıqları yeri Beraka vadisi adlandırdılar, bu da Bərəkət, Xeyir-dua vadisi deməkdir (2 Salnamələr 20:20-26-da hekayəni oxuyun).

Gəlin bu həftə duamızı Yaradanımız və Xilaskarımız olan Uca Allahla xüsusi bir görüşə çevirək, Ondan müsəlman cəmiyyətlərini Xeyir-dua vadilərinə çevirməsini xahiş edək!

Dua

Mələklər hüzurunda üzlərini və ayaqlarını örtdüyü və qarşısında ibadət etdikləri Uca Rəbb Allah, müqəddəs, müqəddəs, müqəddəs, Oğlun İsa Məsihin adı ilə Sənin yanına gəlirəm. Yollarınla getdiyim zaman mənə yol göstərmək üçün işığını və həqiqətini göndər. Səndən uzaq olan və günah içində azmış insanlara vəsatət etmək üçün mənə məhəbbət və mətanət ver.

Dua edirəm ki, dünyanın bir çox şəhərlərində yaşayan müsəlmanları Məsihə ibadət edən, Müqəddəs Ruhla dolu insanlara çevirəsən. Eləcə də dua edirəm ki, onların dini və siyasi liderləri Sənin möcüzəvi işinin bir hissəsi olsunlar. Qoy o cəmiyyətlərin hər biri “Xeyir-dua vadisi” adlandırılsın.

Dua edirəm ki, Padşahlığına dövlət məmurları, şirkət rəhbərləri, sadə insanlar, varlı insanlar, kasıblar, cavan və qoca, təhsilli və təhsilsiz kimi bütün təbəqələrdən olan müsəlmanları daxil edəsən. Cəmiyyətini müsəlmanlar arasında qur.

Bizə Məsihdə səmadakı hər cür ruhani nemətlə xeyir-dua verən Allaha – Rəbbimiz İsa Məsihin Atasına alqış olsun! (Efeslilərə 1:3). Amin.

Allahın vədi

Duanı eşitdim (2 Padşahlar 19:20).