Bu həftə Quru Sümüklər vadisi üçün dua edəcəyik
Allahın Ruhunun qüdrəti ilə Yezekel peyğəmbər görüntüdə ölü, quru sümüklərlə dolu bir vadiyə aparıldı (Yezekel 37). Müsəlmanlarla işləyən bir çoxlarımız müsəlman dünyasını quru sümüklər vadisi kimi görür. Orada həyat, nəfəs, hərəkət, sevinc yoxdur. Yalnız ölüm var. Bununla belə, biz dua edirik, peyğəmbərlik edirik və inanırıq ki, Rəbbin Ruhu o ölü sümüklərin daxilinə girəcək və onlar Müqəddəs Kitaba inanan, Allaha ibadət edən, Məsihi izzətləndirən, Ruhla dolu insanların qüdrətli ordusuna çevriləcəklər!
Dua
Ey yerin və göyün Hökmdarı, Uca möcüzələr Allahı, mən Sənin qarşına gəlirəm, çünki Sən mənim də Səmavi Atamsan!
İnanıram ki, müsəlmanların bəşər tarixində heç vaxt görünməmiş bir miqyasda Səndən həyat nəfəsini dadmağının vaxtı çatıb. Ətrafımızda qəlblərimizin düşməni tərəfindən məhv edilmiş çoxlu sayda ruhən ölü insanların skeletləri və qalıqları var.
Ey yaşayan Allahın Ruhu, quru sümüklərdən ibarət İslam vadisinə üfür və onlara Rəbb İsa Məsihdə həyat bəxş et. Onlara ruhani bədən və sinirlər ver ki, diri olan Allahın övladları olsunlar. Onlara imanlarında möhkəm dayanmaq üçün ruhani dəstək ver.
Allahın Padşahlığına gəlmələri qeyri-mümkün görünən bir xalqa Öz Ruhunu göndər. İzzətini qoru və bu cür ümidsiz səslərin yanlış olduğunu sübut et!
Ey quru sümüklər, Rəbbin sözünü eşidin! Xudavənd Rəbb bu sümüklərə belə deyir: Mən sizin daxilinizə ruh qoyacağam və siz diriləcəksiniz (Yezekel 37:4-5).
Ya Rəbb Allah, içimizdəki qüdrətinə görə istədiyimizdən və ya təsəvvür etdiyimizdən daha çox şey edə bilərsən. Cəmiyyətdə və İsa Məsihdə Sənə əbədi olaraq izzət olsun. Amin (Efeslilərə 3:20-21).
Allahın vədi
Ey nəfəs, küləyin əsdiyi dörd səmtdən gəl, bu öldürülən adamların üzərinə üfür ki, dirilsinlər… Nəfəs onların daxilinə girdi və onlar dirilib ayaq üstə qalxdı. Çox böyük bir kütlə yarandı (Yezekel 37:9-10).