Bu həftə Akor vadisi haqqında dua edəcəyik
Axan Yeşuanın dövründə İsrail ordusunda xidmət edirdi. Allahın xalqı düşmənlərinə qarşı müharibədə qalib gəldikdən sonra, o, Rəbbə həsr edilməli qənimətin bir hissəsini oğurladı. Onun bu hərəkəti özünə və xalqına bəlaya, fəlakətə və dağıntıya səbəb oldu. Cəza olaraq, o, fəlakət vadisi mənasını verən Akor vadisi adlanan ərazidə daşqalaq edilərək öldürüldü (Yeşua 7:24-26).
Əslində, şeytan böyük bir xalqı, özünü Məsihə həsr etməli olan bir qrup insanı oğurladı. Allah bu faciəni aradan qaldırıb müsəlmanları sevimli Oğlunun Padşahlığına gətirə bilər.
Dua
Tarixin Tanrısı, hadisələrin Baş Memarı, dua edirik ki, qüdrətini və izzətini göstərəsən. Çarmıx sayəsində müqəddəs cəsarətlə Sənin qarşına gəlirik. Sənin qarşında sevinclə baş əyirik. Sənin lütfünə və mərhəmətinə layiq olmadığımızı etiraf edirik.
Biz güclü düşmənimizə qarşı dua edirik. Amma Sən Uca Rəbb və Padşahsan. Şeytan ona aid olmayanı ələ keçirib. Müsəlmanları əsir edib. İsadan uzaq olduqları üçün düşmənin hakimiyyəti altındadırlar.
Göylərdən aşağı baxıb müsəlman övladlarının acınacaqlı vəziyyətini gör. Onlara mərhəmət et və onları tək Xilaskar və Rəbb olan Məsihə imana gətirmək üçün Öz Ruhunu onların üzərinə göndər.
Qoy onları yaradan Allaha, həqiqi Allaha, özlərinin Xilaskarına üz tutsunlar. Onları azad et, ey Uca Xilaskar. Kəlamında bizə verdiyin vədi yerinə yetir ki, Şaron sürülərin otlağı və Fəlakət vadisi mal-qaranın, Səni axtaran xalqın rahatlandığı yer olsun (Yeşaya 65:10).
İsanın ismi ilə. Amin.
Allahın vədi
Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun… Akor vadisini ümid qapısına çevirəcəyəm (Yəhya 10:9, Huşə 2:15).