Bu həftə İslamda rasional düşüncə haqqında dua edəcəyik
Müsəlmanlar heç bir sual vermədən İslamın dini hökmlərinə kor-koranə itaət etməyə borcludurlar. Dini mətnlərin tənqid edərək oxunması qadağandır. Əksər müsəlman məktəbləri Quranı və digər materialları əzbərləməyə üstünlük verir.
Əsas İslam dinlə bağlı sualları rədd edir, “düşünmək kafir olmaqdır” hesab edir. Odur ki, insan sual verməməli və mübahisə etməməli, sadəcə qəbul etməlidir. Rasional düşüncə “eşşəyə” bənzədilir; onun üzərində yalnız padşahın sarayına qədər gedə bilərsiniz. Daxil olmaq üçün onu darvazada tərk etmək lazımdır. İslam padşahın sarayıdır. [İslama] Allahın dininə daxil olmaq üçün fikirlərinizi [qapıda] qoymalısınız!
Dua
Ey Yaradan Rəbb Allahımız, əzəmət, qüdrət, izzət və alqış Sənə məxsusdur. Sən bizə düşünmək və ayırd etmək üçün heyrətamiz beyin bəxş etdin. Buna görə də Sənə minnətdarıq və Səni alqışlayırıq.
İnsanların Məsihə ümidsiz vəziyyətdə öldüyünü görməkdən zövq almırsan (Yezekel 18:23). Dinlərini sual altına qoyduqları təqdirdə Allaha və cəmiyyətlərinə xəyanət etdiyini düşünən müsəlmanlar üçün dua edirəm.
Onların düşüncələrini belə buxovlardan azad et. Onları ağıllı və kamallı et (1 Peter 4:7). Onlara onlar uğrunda canını verən üçün yaşamağa müdriklik ver. Qoy dünyanın nuru olan Məsih onların qəlblərində öz dəyişməz məhəbbəti və mərhəməti ilə parlasın. Qoy Onu öz Rəbbi kimi qəbul edib Onun bağışlama və məhəbbətinin sevincini tanısınlar.
Öz böyük mərhəmətinə görə müsəlmanları səhralarında tərk etmə (Nehemya 9:19). Öz işığınla onları çarmıxa doğru istiqamətləndir. Onlara Rəbb Allahı bütün ürəkləri, bütün qəlbləri və bütün düşüncələri ilə sevməyə kömək et (Mark 12:30).
İsanın uca və qüdrətli adı ilə. Amin.
Allahın vədi
Düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz (Romalılara 12:2).