Cümə, 26 may 2023-cü il

Cümə, 26 may 2023-cü il

Bu həftə yeni iman etmiş müsəlmanların Müqəddəs Ruhla dolması üçün dua edəcəyik

İsa Atanın yanına getməzdən əvvəl, o, Müqəddəs Ruhu bizə Təsəlliverici və Rəhbərimiz olmaq üçün göndərəcəyini və Onun haqqında şahidlik etmək üçün bizə qüdrət verəcəyini vəd etdi. Bu vəd Əllinci Gündə yerinə yetdi. Bu həftəsonu biz Müqəddəs Ruhun ənamını xatırlamaq üçün Əllinci Günü qeyd edəcəyik. Yalnız Müqəddəs Ruhun gücü insanları Məsihə cəlb edə və imanlılara gündəlik həyatda, müjdəçilikdə və missiyalarda böyük nailiyyətlər əldə etməyə imkan verə bilər.

Əsrlər boyu Müqəddəs Ruh möcüzələr, görüntülər və yuxular vasitəsilə dünyanın müxtəlif yerlərində yaşayan bir çox müsəlmanlara Məsihi aşkar etmişdir. 1960-1970-ci illərdə İndoneziyada və hazırda Afrikanın bəzi yerlərində müsəlmanların Məsihə gəlməsinin böyük təsiri əsasən Müqəddəs Ruhun qüdrətli işidir.

 Dua

Ey Allah, Müqəddəs Ruh, Məsihə iman edən müsəlmanların üzərinə en və onları Öz qüdrətin və hüzurunla doldur. Onların həyatında İsanın Əllinci Gün bayramı vədini yerinə yetir. Müqəddəs Ruh, onları təqdis et, həqiqətə yönəlt və onlara müzəffər bir məsihçi həyatı sürməyə kömək et. Onları əhatə edən mühit Müjdəyə əksdir və Sənə bağlı qalmaq üçün Müqəddəs Ruhunun dolmasına ehtiyacları var.

Onlara başqaları üçün dua etməyə və azmış dünya üçün vəsatət etməyə kömək et. Onları Məsih haqqında şahidlik etmək, Müjdəni bütün yer üzünə yaymaq və əlamətlər və möcüzələr vasitəsilə Allahın əzəmətini nümayiş etdirmək üçün cəsarət və qüdrətlə doldur.

Dua edirəm ki, “sular dənizi bürüdüyü kimi dünya Rəbbin izzətinin biliyi ilə doldurulacaq” (Habaqquq 2:14) vədi həyata keçsin.

İsanın qüdrətli adı ilə dua edirəm. Amin.

Allahın vədi

Ondan sonra isə bütün bəşər üzərinə Ruhumu tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, ağsaqqallarınız röyalar, cavanlarınızsa görüntülər görəcək (Yoel 2:28).