Cümə, 19 may 2023-cü il

Cümə, 19 may 2023-cü il

Bu həftə İslam anlayışı olan qadınlar üçün məhrəm haqqında dua edəcəyik

İslam dininə görə, qadınlar natəmiz və özləri də kişiləri yoldan çıxartmağa meyillidirlər! Ona görə də onlar nəzarət altında olmalı, ictimai yerlərdə bədənlərini örtməli və yad adamlarla danışmamalıdırlar.

Eləcə də müsəlmanlar düşünürlər ki, qadın heç vaxt evini və ya icmasını təkbaşına tərk etməməlidir. Onu müşayiət edən olmalıdır. İslamda həmin müşayiətçi məhrəm adlanır. Bir mənada məhrəm qadını özündən qoruyur!

Normalda məhrəm valideyn, qardaş, oğul və ya himayə etdiyi qadınla evlənməsinə icazə verilməyən hər hansı bir kişidir.

Bu anlayış, İslamdakı bəzi digər inanclar kimi, əsl problemin insanın qəlbindəki günahın kökündə olduğunu qəbul etməyən dini bir sistemdən bəhs edir. Sistemin nəzarətçiləri zahiri məhdudiyyətlər vasitəsilə günahı idarə edə biləcəklərini düşünürlər. Məhrəm məsələsində qadını müşayiət edən kişi onu özündən qoruyan vəsitədir!

Dua

Yaradanımız Rəbb Allah, bizi öz surətində kişi və qadın yaratdın. Sən bizə böyük hədiyyələr verdin. Bununla belə, hamımız günaha batmışıq. Məsihdən kənarda bizim heç bir salehliyimiz ola bilməz. Heç birimiz başqasından üstün deyilik! Biz qadınların kişilərdən daha günahlı olduğuna inanmırıq.

Dua edirəm ki, bir çox  kişi, həm də qadın müsəlmanlar Xilaskarımız İsa vasitəsilə bu həftə Sənə iman etsinlər. Onlara kömək et ki, özlərinin Allahın izzətindən məhrum olan günahkarlar olduqlarını  (Romalılara 3:23) və Sənin lütfünlə Sənə müraciət edə biləcəklərini başa düşsünlər.

Bu duanı Oğlun, Rəbbim İsa Məsihin əziz adı ilə edirəm. Amin.

Allahın vədi

Qenli Xeverin arvadı Yael qadınlar arasında hamıdan artıq xeyir-dua alsın, çadırda yaşayan qadınlardan daha bəxtiyar olsun! (Hakimlər 5:24).

«Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir». Məryəm isə dedi: «Bundan sonra bütün nəsillər məni bəxtiyar sayacaq» (Luka 1:28, 46, 48).