Cümə, 12 may 2023-cü il

Cümə, 12 may 2023-cü il

Bu həftə Şamuel Zvemerin irsi haqqında dua edəcəyik

Şamuel M.Zvemer (1867-1952) müsəlman ölkələrinə göndərilən amerikalı missioner idi. Misir, İraq, Bəhreyn, Yəmən, Livan və Ərəbistanın müxtəlif bölgələrində xidmət etmişdir. O, müsəlmanlar arasında[1] “İslama göndərilən həvari” və “İncilin alovlu müjdəçisi” adlanırdı. Müsəlman ölkələrinə göndərilən bir missioner kimi, işində, araşdırmalarında və yazılarında inanılmaz nailiyyətlər əldə etmişdi. O, uzun illərin təcrübəsindən sonra bəyan etdi: “İslamın gücü sakit oturmaq, düşüncələri dəf etmək, islahatçıları susdurmaq, tərəqqiyə nifrət etməkdir”. Onun şüarı belə idi: “Sevməyən yaşamır; Məsihin həyatını yaşayan ölə bilməz”.[2]

Dua

Səmavi Atamız, Şamuel Zvemer kimi insanlara görə Sənə minnətdarıq. Sən onu çağırıb təmin etdin. Onun cəsarəti, fədakarlığı və mətanətinə görə Sənə minnətdaram. Dua edirəm ki, bir çox gəncləri çağırıb onları Kəlamını müsəlmanlar arasında yaymaq üçün böyük işə hazırlayasan. Onlara müqavimət və düşmənçiliyi mətanət və təvazökarlıqla qarşılamaq üçün cəsarət ver. Bu yeni elçilərə sarsılmaz bir öhdəlik və itmişlərə qarşı sarsılmaz məhəbbət ver.

Onlara itaətə aparan yolun həmişə hamar olmadığını başa düşməyə kömək et. Çox vaxt yüksək qiymət ödənilməlidir. Şamuel Zvemer həyat yoldaşı ilə birlikdə 4 və 7 yaşlı qızlarını bir həftə içində Bəhreyndə dəfn etdilər. Qəbirlərin üstündə yazmışdılar: “Quzu izzət almağa layiqdir”. Yeni missionerlərə itaətkarlığa görə qiymət ödəməyə hazır olmalarına kömək et.

Uca Rəbb Allah, müsəlman dünyasına İncil üçün bir səhər açıldı. Müsəlmanlar arasında Öz izzətini bəyan et. İsanın əziz adı ilə. Amin.

Allahın vədi

Rəbbə güvənənlər Sion dağı kimi sarsılmaz, əbədi qalar. Dağlar Yerusəlimi dövrəyə aldığı kimi Rəbb də indidən sonsuzadək xalqının ətrafındadır (Zəbur 125:1, 2).

1 J.Kristi Vilson. İslam ölkələrinə göndərilən həvari. Səh. 4.

2 Şamuel Zvemer. Raymund Lul. Səh. 45.