Bu həftə Padşahın nənəsi olan Rut kimi qadınlar üçün dua edəcəyik
Rut gənc yaşında dul qalmışdı. O, Moav xalqından idi. İsrailli qayınanası Naomi Moavı tərk edib İsrailə qayıtmaq qərarına gələndə Rut onunla getməyə təkid etdi. O, iki xalq arasında düşmənçilik olduğunu bilsə də, cəsarətlə bu seçimi etdi.
İki qadın Bet-Lexemə çatanda bütün şəhər maraqla tamaşa edirdi. Çox keçmədi ki, Rut artıq nüfuzlu torpaq sahibi olan Boazla şam yeməyi yeyirdi. Hadisələr sürətlə cərəyan edirdi və Boaz Rutla evləndi. O, sonradan padşah Davudun babası olan bir oğul doğdu. Moavlı Rut padşah Davudun və əlbəttə ki, Rəbb İsa Məsihin böyük nənəsi oldu. (Müqəddəs Kitabdan bütün Rut kitabını oxuyun).
Dua
Ey göylərdəki əzəmətli Allah, Sən əsrlərin Padşahısan. Sən tarixə və əbədiyyət işlərinə rəhbərlik edirsən. Sən hadisələri idarə edirsən. Sən həm də xilas edən Allahsan. Rəbbimiz və Xilaskarımız, əcnəbi və uşağı olmayan dul qadın Rutun hekayəsinə görə Sənə minnətdaram. Sən onun əzabını və tənhalığını böyük xeyir-dualara çevirdin. Sən ona ehtiram etdin. Səndən başqa heç kim qaranlıq gecəni işıqlı səhərə çevirə bilməz.
Dua edirəm ki, bir çox müsəlman qadınlar Rut kimi, tək həqiqi Tanrının ardınca getmək üçün naməlum bir gələcəyə doğru cəsarətlə addım atsınlar.
Qoy İslamdan dönüb İsaya iman edən xanımların Sənin məhəbbətində və qayğında əminlikləri olsun. Onlara göstər ki, heç bir qurban Səmavi Atanın nəzərindən qaçmayacaq. Qoy Rəbbimizin ardınca getmək qərarı onların mədəniyyətlərindəki müqaviməti məhv etsin. Qoy Məsihin “uğursuz” hesab edilən bu davamçıları başqalarını Sənə döndərən rəhbərlər olsunlar. Amin.
Allahın vədi
Qadınlar Naomiyə dedilər: “Rəbbə alqış olsun ki… gəlinin… sənə yeddi oğuldan daha yaxşıdır!”
(Rut 4:14-15).