Bu həftə Perpetuanın irsi haqqında dua edəcəyik
Vibia Perpetua bir körpəsi olan 22 yaşlı gözəl gənc qadın idi. O, Şimali Afrikanın indiki Tunis ərazisində, Karfagendə yaşayırdı. Onun atası və ailəsi cəmiyyətdə hörmət qazanmışdı. O həm də təhsil almış qadın idi.
Roma hakimiyyətinin məsihçiləri ciddi şəkildə təqib etdiyi bir dövrdə Perpetua həyatını Məsihə həsr etdi və çox güclü imanlı oldu. Bu səbəbdən o həbs olunub zindana atıldı, burada başqaları ilə birlikdə ölüm cəzasına məhkum edildi. Atası və digər insanlar ondan İsanı inkar etməsini xahiş etdilər, lakin o, qəti şəkildə bundan imtina etdi.
7 mart 203-cü ildə V.Perpetua şəhərin amfiteatrında vəhşi heyvanlar qabağına atılmışdı. Həyəcanlı tamaşaçılar ona baxıb qışqırarkən, vəhşi heyvanlar ona hücum edərək onu parçalamışdılar. Nəhayət, bir qladiator qılıncını ona sancdı və o, Allaha həmd edərək göylərə getdi. O, son sözləri ilə digər imanlıları öz imanlarında möhkəm durmağa, heç vaxt təslim olmamağa və əzabların onları Məsihdən ayırmasına imkan verməməyə təşviq edirdi.
Dua
Rəbb Allah, bu gənc, cəsarətli müqəddəs Perpetuanın irsi və xatirəsinə görə Sənə minnətdaram. Səndən xahiş edirəm ki, onun həyatının əbədi dərslərini bizim qəlbimizə həkk edəsən.
Ey mərhəmətli Ata, bu gün Məsihə iman edib Ondan üz döndərmədiklərinə və ya Onu inkar etmədiklərinə görə müsəlman hakimiyyətləri tərəfindən saxlanılan qardaş və bacılarımızı xatırla. Perpetuaya verdiyin kimi, bu müasir müqəddəslərə də dözüm və cəsarət ver. Onlara əsirlikdə olduqları zaman Məsihin məhəbbətini və qüdrətini göstərməyə və onları əsir götürənlərə Müjdəni bəyan etməyə kömək et.
Dua edirəm ki, onlara təsəlli verəsən. Onların ağrılarını yüngülləşdirəsən. Onlara işgəncə verildikdə onların yanında olasan. Qoy onlar özlərini tənha və tərk edilmiş hiss etdikdə Sənin ağuşunu hiss etsinlər. Kəlamından təsəlli verən ayələri onların yadlarına salıb onları sakitləşdir və ağrılarını yüngülləşdir.
Müqəddəs Ruhunla onlara əzab verənləri bağışlamaq üçün lütf ver. Qoy onlar məhbus yoldaşları və həbsxana məmurları arasından Məsihə iman edənləri görüb sevinsinlər.
Allahın vədi
Amma axıracan dözən xilas olacaq (Matta 10:22).