Bu həftə iftar ilə bağlı dua edəcəyik
Müsəlmanlar bir ay davam edən Ramazan orucunu müsəlman ölkələrində İd əl-Fitr kimi bayramla başa vururlar. Artıq yeməklərdən və içkidən qəti şəkildə imtina etmirlər. Kədərli əhvali-ruhiyyə şən əhvali-ruhiyyəyə doğru dəyişilir. Ailə üzvləri bir araya gəlirlər. İnsanlar kasıblara sədəqə verirlər.
Bununla belə, bu sevinc və şənlik dövründə insanların özlərini boş hiss etmələri qeyri-adi deyil.
Dua
Rəbbin izzətinə Öz yerində alqış olsun (Yezekel 3:12). Sən həqiqi izzətə və alqışa layiq olan yeganə Allahsan. Sən həqiqi sevinc və rahatlıq mənbəyisən; Sən bizim ümidimizsən.
Bu əziz dostlar üçün dua edirəm; qoy həyatlarının dəyişilməsinə icazə versinlər. Baxmayaraq ki, onlar bu vaxt iftar edib, bayram edirlər, lakin, əslində, onlar İsaya, Həyat Çörəyinə ehtiyac duyurlar. Məsihin Müjdəsini qəbul etmək üçün onların ürəklərini aç. Qoy onlar Allahın Kəlamı üçün acsınlar və susasınlar. Onlara İsanı tanımaq və onun ardınca getmək istəyini ver.
Allahın vədi
Bayramın sonuncu, təntənəli günündə İsa qalxıb nida edərək dedi: “Kim susayıbsa, yanıma gəlib içsin. Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq” (Yəhya 7:37-38).