Bu həftə Qədr Gecəsi barədə dua edəcəyik
Müsəlman təqvimində Ramazan ayının 27-ci gedəci “Qədr Gecəsi” adlanır. Bu, Məhəmməd peyğəmbərə Quranın Cəbrail mələkdən nazil olduğunu bildirən gecəni xatırladır. Bu xüsusi gecədə müsəlmanlar bu hadisəni qeyd edərkən özlərini çox ümidli hiss edirlər. Bir çoxları Quran oxumağa və xüsusi dualar etməyə vaxt ayırırlar. Onlar bu gecənin 1000 aylıq ibadətdən daha üstün olduğuna inanırlar. Bəziləri bu gecə ərzində görüntülər və yuxular görürlər.
Bir neçə gündən sonra müsəlmanlar bir aylıq Ramazan oruclarını bitirirlər.
Dua
Ey bütün xeyir-duanın, mərhəmətin və lütfün mənbəyi olan, Səmavi Atamız, biz Səni ucaldırıq və Sənə həmd edirik. Musanın dövründə onlarla göylərdən danışdın və onlara ədalətli hökmlər, doğru qanunlar, yaxşı qaydalar və əmrlər verdin (Nehemya 9:13). Onlara kömək etmək və yol göstərmək üçün peyğəmbərlərini göndərməyə davam edirdin.
Kəlamın bizə deyir ki, bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi (İbranilərə 1:2). O bizim günahlarımızı bağışlamaq, bizi övladları etmək və müqəddəs hüzuruna yol açmaq üçün Qolqotada öldü. Çarmıx olmasaydı, Sənə yaxınlaşmaq üçün başqa vasitəmiz olmazdı. Sənə minnətdaram.
Ata, Səndən xahiş edirəm ki, Məsihi müsəlman dostlarıma göstərəsən. Müqəddəs Ruhun qüdrəti ilə onlara toxun. Oğlunu rədd etmək və başqasına iman etmək günahlarına görə onları ifşa et. Qoy onlar başa düşsünlər ki, İsanın dedikləri doğrudur, O, Rəbb, Xilaskar və Allahın Oğludur. Onu həyatlarına qəbul etsinlər və Ona tabe olsunlar.
Ya Rəbb İsa, müsəlmanların yuxular və görüntülər gözlədikləri bu anda onlara izzətini göstər. Onlara fövqəltəbii şəkildə Özünü göstər. Onların ehtiyaclarını qarşıla və qorxularını götür. Onlara Öz qüdrətini, rəhmli məhəbbətini və bağışlayan lütfünü göstər. Onların həyatlarını dəyişdir. Onlara ümid ver və onları Müqəddəs Ruhunla doldur. Amin.
Allahın vədi
O Məni izzətləndirəcək, çünki Mənim olandan götürüb sizə bildirəcək (Yəhya 16:14).