Cümə, 7 aprel 2023-cü il

Cümə, 7 aprel 2023-cü il

Bu həftə müsəlmanların çarmıxı rədd etdikləri barədə dua edəcəyik

Bu gün biz əbədi həyata malik olmağımızın yeganə vasitəsi olan İsanın çarmıxa çəkilməsini yada salırıq. İslam İsanın çarmıxda ölümünü inkar edir. Quran Onun heç vaxt çarmıxa çəkilmədiyini, ölmədiyini və əksinə, Allahın onu diri olaraq göylərə apardığını bildirir. Müsəlmanlar hesab edirlər ki, Allah belə yaxşı peyğəmbər olan İsanın başqalarının günahlarına görə çarmıxda belə biabırçı şəkildə ölməsinə icazə verməz.

Müsəlmanlar insanların günahlı təbiətinin nə dərəcədə ciddi olduğunu görmürlər, buna görə də xilas olmaq ehtiyacını rədd edirlər. Onlar üçün çarmıx axmaqlıqdır (1 Korinflilərə 1:18-25).

Dua

Uca Allah, sevimli Səmavi Atamız, biz Səni əbədi Xilaskarımız kimi qəbul edirik. Biz təvazökarlıqla Sənin məhəbbətin və İsanın Qolqotadakı qurbanının qarşısında baş əyirik. Bizi günahlar və əzabdan xilas etmək üçün O nə qədər rüsvayçılıq və əzab çəkdi! Allahın Quzusu bizə həyat vermək üçün öldü. Minnətdarıq Sənə.

Mənim müsəlman dostlarım başa düşmürlər ki, Məsihin çarmıxdakı ölümü Sənin günahlı insanlara bəxş etdiyin ən yüksək hədiyyəndir. Onlara xilas olmağa ehtiyacı olan günahkar olduqlarını başa düşməyə kömək et. Onlara bizi günahdan xilas edən, həyatımızı qaranlıqdan işığa çevirən və bizi şeytanın padşahlığından Allahın Padşahlığına keçirən çarmıxın gücünü göstər.

Onlara çarmıxı inkar etməyin nə qədər ciddi günah olduğunu göstər. Qoy onlar Sənin Sözünə iman etsinlər və Müjdəni qəbul etsinlər. Sənə yalvarıram ki, qoy onlar  İsanın onları günahlarından qurtarmaq üçün öldüyünü və onlara haqq qazandırmaq üçün dirildiyini bilsinlər. Onların gözlərindən pərdəni götür; gözlərini aç. Onların qəlblərini məhəbbətinlə fəth et.

Müsəlmanlara İsanın çarmıxda öldüyü günün tutqun və kədərli gün olmadığını başa düşməyə kömək et. Bu, günah, iblis və ölüm üzərində qələbə günüdür. Bu, şənlik və sevinc günüdür.

Bütün həmd və izzət Sənədir, çarmıxa çəkilmiş və dirilmiş Məsih, Birinci və Axırıncı, Diri Olan, Ölən və əbədi olaraq Yaşayan. Amin.

Allahın vədi

 Çünki çarmıx barəsindəki kəlam məhv yolunda olanlar üçün ağılsızlıq, xilas yolunda olan bizlər üçünsə Allahın qüdrətidir(1 Korinflilərə 1:18).