Cümə, 31 mart 2023-cü il

Cümə, 31 mart 2023-cü il

Bu həftə biz dua edəcəyik ki, müsəlman şəhərləri Məsihi qarşılasınlar

Qarşıdan gələn bazar günü Qərb məsihçi dünyası Palm Bazar gününü qeyd edir. Biz İsanın Yerusəlimə zəfərlə, lakin təvazökarlıqla eşşəyin üzərində daxil olduğunu xatırlayırıq. Camaat sevincini ifadə etmək istəyirdi. Xurma budaqlarını götürüb paltarlarını yola sərib, Onu qarşılamağa çıxdılar. Onlar alqış və izzətlə səslərini ucaltdılar. Qələbə çalıb evlərinə qayıdan qəhrəmanlar və padşahlar belə qarşılanırdılar.

Dua

Rəbb İsa Məsih, Əzəmətli və Qüdrətli Xilaskar, Sən bizə lütfkar olmaq üçün Özünü alçaltdın. Sən bizim Xilaskarımız olmaq üçün əyildin. Biz Sənə səcdə edirik. Sən yeganə Allahsan. Sən bizim Ustadımızsan. Sən görünməyən Tanrının görünən surətisən. Hər şey, bütün şəhərlər və millətlər, padşahlar və səltənətlər, hökmdarlar və hakimiyyətlər Sənin tərəfindən və Sənin izzətin üçün yaradılmışdır. Sən Yerusəlimə mirvari və qiymətli daşlarla bəzədilmiş qızıl araba ilə girə bilərdin, amma bunun əvəzinə eşşəyə mindin. Necə də böyük təvazökarlıqdır!

Dua edirəm ki, indi müsəlman qalaları sayılan şəhər və qəsəbələrə zəfərlə daxil olasan.

İnsanların qəlbinə girib onları dəyişdir. Qoy bu həftə bir çox müsəlmanlar Səni öz Xilaskarı və əbədi Padşahı kimi qəbul etsinlər. Dua edirəm ki, onlar Sənin məhəbbətini, şəfqətini və incəliyini dadsınlar. Qoy onlar izdihamla ürəklərinin dərinliklərindən nida etsinlər: “Davud Oğluna hosanna! Rəbbin ismi ilə gələnə alqış olsun!.. Var Olan və Gəlməli Olan… Kəsilmiş Quzu qüdrəti, sərvəti, hikməti, qüvvəti, şərəfi, izzəti və alqışı almağa layiqdir!” (Matta 21:9; Vəhy 4:8; 5:12).

Allahın vədi

Qoy ümmətlər sevinclə Səni mədh etsin, çünki xalqlara insafla hökm edirsən, yer üzündəki ümmətlərə yol göstərirsən(Zəbur 67:4).