Bu həftə İslamdakı oruc barədə dua edəcəyik
Bu mövsümdə müsəlmanlar bir ay oruc tuturlar. Bu orucluq ayının adı Ramazan ayıdır. Müsəlman təqvimi cəmi 354 gündən ibarət olan qəməri ilinə əsaslanır. Beləliklə, hər il bir ay davam edən orucluq ayı əvvəlki ilə nisbətən təxminən 11 gün tez başlayır.
Müsəlmanlar bu ay ərzində hər gün səhərdən gün batana qədər oruc tuturlar. Onlar yeməkdən, içkidən, siqaretdən, xoş qoxulardan, evlilik münasibətlərindən çəkinirlər. Axşamlar isə bayramla iftar edirlər. Ertəsi gün səhərə qədər yeməyə icazə verilir.
İslam dininə görə, Ramazan orucu insanlara Allah qarşısında düzgün mövqe qazanmağa və cənnətə daxil olmağa imkan verir.
Bəzi müsəlmanlar bu ayda şeytanın zəncirləndiyinə və onlara zərər verə bilməyəcəyinə, cənnət qapılarının açıq, cəhənnəm qapılarının bağlı olduğuna inanırlar.
Dua
Ya Rəbb İsa, mən bu oruc mövsümündə müsəlmanlar üçün qəlbimdə məhəbbət və şəfqətlə dua edirəm.
Bilirsən ki, ya Rəbb, müsəlmanların çoxu səmimi insanlardır. Onlar öz dinlərinə və inanclarına ciddi yanaşırlar. Onlara başa sal ki, Sənə yaxınlaşmaq üçün onlar İsadan və onun Qolqotadakı qurbanından keçməlidirlər. Onlar özlərini “qamçılamaqla” günahdan xilas edə bilməzlər! Onlar ayin və dini vəzifələri yerinə yetirməklə Sənə məqbul ola bilməzlər.
Ey Allah, onlara əməllərlə deyil, yalnız Sənin lütfünlə imanla xilas olduğumuzu anlamağa kömək et.
Dua edirəm ki, bu ay ərzində müsəlmanlara Özünü bütün işi bitirmiş Xilaskar kimi göstərəsən. Qoy bilsinlər ki, hər şey çarmıxda “bitirildi”. Amin.
Allahın vədi
Aydındır ki, Allah qarşısında heç kim Qanun vasitəsilə saleh sayılmır, çünki “saleh adam imanla yaşayacaq” (Qalatiyalılara 3:11).