Cümə, 17 mart 2023-cü il

Cümə, 17 mart 2023-cü il

Bu həftə biz Təbrizdə polis rəisi olan Merat Sultanın irsi barədə dua edəcəyik

Merat Sultan 1876-cı ildə İran şah  sarayında anadan olub. İranın Təbriz şəhərində polis və ordu rəisi olub. Ruslar o əraziyə girib oranı işğal etdikdə Sultanı edam etmək planları qurdular. O qaçdı, amma qar yağdığından bir erməni keşişinin evində dayanmalı oldu. Kahin onu 40 gün ərzində evində saxladı və yedizdirdi.

Sultan öz təqibçilərindən qaçmağa davam etmək qərarına gəldikdə keşiş ona dedi ki, qaldığı müddət ərzində onun müdafiə olunması və ailəsinə sağ-salamat qayıtması üçün dua edib. Sonra keşiş ondan evə sağ-salamat qayıtdığı halda Xilaskar kimi Məsihin ardınca gedəcəyinə söz verməsini xahiş etdi. Sultan söz verdi və yoluna davam etdi.

Lakin Sultan rus qoşunları tərəfindən tutuldu və edam olunmağını gözləmək üçün zindana salındı. Səhəri gün o öldürülməli idi; birdən vədi yadına düşdü. O, dərhal Rəbbə dua edərək dedi: “İsa Məsih, əgər bu gün Dirisənsə və günahkar insanların Xilaskarısansa, mən günahkarı bu bəladan qurtar ki, Sənə imanım artsın”.

Rus hökuməti möcüzə nəticəsində Sultanı azad etdi. Evə qayıdanda o və ailəsi ürəklərini Məsihə verdilər. Sonralar o, yaşadığı ərazidə cəmiyyətin rəhbəri seçildi, bu da İslamdan Məsihə iman edən üçün böyük şərəf sayılırdı.

Dua

Rəbb İsa Məsih, günahkarların Xilaskarı, əziyyət çəkənlərin qurtarıcısı və acizlərin müdafiəçisi, böyük qüdrətinə görə Sənə minnətdaram. Sultana şəfqət və mərhəmət göstərdiyin və onu, həyat yoldaşını və altı uşağını iman vasitəsilə  Padşahlığına gətirdiyin üçün minnətdaram.

Ona qorxmadan və şərəflə Sənə xidmət etməkdə, cəmiyyətlərdə və açıq səma altında cəsarətlə Müjdəni yaymaqda kömək etdiyin üçün Sənə minnətdaram.

İmanla bəyan edirik ki, Sənin Ruhun Sultan kimi bir çox müsəlman məmurları İsaya iman vasitəsilə xilas edəcək. Qoy onlar Sənin Kəlamını cəsarətlə bəyan etsinlər və Sənin müdafiən altında cəmiyyətə xidmət etsinlər. İsanın adı ilə, amin.

Allahın vədi

Susamış torpağı sulayacağam, quru torpağa sellər axıdacağam (Yeşaya 44:3).