Bu həftə müsəlmanların İsa Məsihi Yaxşı Çoban kimi tanımaları üçün dua edəcəyik
Allahın Kəlamında İsaya müxtəlif adlar verilir və onlar müxtəlif yollarla təsvir olunur. Məsələn, İsa Özünü “Yaxşı Çoban” adlandırır (Yəhya 10:14). Onu bizə qayğı göstərən, bizi yaşıl çəmənlərdə dincəldən, bizi sakit axan sular kənarında gəzdirən, bizi canlandıran, salehlik yolları ilə aparan kimi tanımaq necə də böyük şərəfdir (Zəbur 23:1-3). İtmiş qoyunu tapana qədər onu axtaran da Odur (Luka 15:4). Qoyunlar üçün canını verən yeganə Kəs Odur (Yəhya 10:11, 15).
Dua
Rəbb İsa Məsih, böyük məhəbbətinə görə Sənə minnətdaram. Mən müsəlmanlara görə vəsatət edirəm. Qoy onlar Sənə iman etsinlər və Səni öz Yaxşı Çobanları kimi tanısınlar. Qoy onlar günahdan xilas olmaq, düşməndən qorunmaq üçün tam Sənə etibar etsinlər və onlara ömürləri boyu sülh ver və müdafiə et.
Qoy onlar Sənin sadiq, etibarlı və həqiqət olduğunu və onları heç vaxt tərk etməyəcəyini anlasınlar. Onlara Sənin səsinə qulaq asmağı və Müqəddəs Ruhun rəhbərliyinə və göstərişlərinə tabe olmağı öyrət.
Dua edirəm ki, müsəlmanlar İsaya Xilaskar kimi iman etdikdə Ruhun onları qorusun. Onları canavarlardan və oğrulardan qoru (Yəhya 10:10).
Sənin isminlə. Amin.
Allahın vədi
Yaxşı çoban Mənəm (Yəhya 10:14).