Cümə, 17 fevral 2023-cü il

Cümə, 17 fevral 2023-cü il

Bu həftə yeni qəlblər axtaranların ilahi vəhy almaqları üçün dua edəcəyik

Biz “qapalı qapılar arxasında” keçirilən toplantının ortasında idik ki, kimsə qapımızın zəngini çaldı. Mən tez dua etdim və qapını açıb Mouldi adlı bir qəribi gördüm. O, Avropada İsaya iman gətirdiyini dedi. Rəbdən xahiş etdim ki, onun həqiqəti söylədiyini, yoxsa məsihçi adı altında maskalanan gizli polis olub-olmadığını mənə aşkar etsin!

Müqəddəs Ruh məni sakitləşdirdi və mən Mouldini toplantı keçirilən otağımıza apardım. O, içəri girəndə oranı sükut bürüdü. Toplantımıza yad birinin girdiyini görüb narahat oldular. Amma Mouldi bizə hekayəsini danışanda hamı sakitləşdi. Sonradan o, cəmiyyətdə rəhbər oldu və missiya işlərində böyük köməklik etdi.

İsa Məsihi qəbul etdiyini deyən müsəlmanın əsl niyyətlərini bilmək üçün həmişə Müqəddəs Ruha müraciət etməliyik. Bu, Müjdəni yayan insanların hakimiyyət tərəfindən təqib olunduqları yerlərdə daha vacibdir.

Dua

Səmavi Atamız, adın müqəddəs tutulsun.[1] Mən Səni ucaldıram və alqışlayıram, çünki Sən Allahsan. Bizim zəifliklərimizi bilirsən. Bizi qüvvətləndirmək və bizə rəhbərlik etmək üçün bizə Müqəddəs Ruhunu verdin. Müdriklərə hikmət, aqillərə ağıl verirsən (Daniel 2:21). Çox sağ ol.

Qoy Səni həqiqətən axtaran insanlardan heç vaxt üz döndərməyək. Bilirik ki, elələri var ki, səmimi deyillər və cəmiyyətimizə qoşulmağa çalışırlar (Daniel 11:34). Buna görə də biz dua edirik ki, Sən hakimiyyət orqanlarının Müjdəni qadağan etdiyi yerlərdə çalışan bütün xidmətçilərinə kömək edəsən.

İnsanların həyatında dəyişəcək qərarlarla üzləşdiyimiz zaman bizə Ruhundan gələn vəhy və rəhbərlik lazımdır. Həssas olmağımıza, göstərişlərini dinləməyimizə və onlara əməl etməyimizə kömək et. Sən dərin və gizli sirləri açırsan (Daniel 2:22); ehtiyac duyduğumuz anlarda onları bizə bildir. Qaranlıqda nəyin olduğunu bilirsən və nurun da Səndə yaşadığını bilirsən. Qəlbimizə və vicdanımıza nurunu saç. Amin.

Allahın vədi

Ancaq göylərdə sirləri açan bir Allah var (Daniel 2:28).

[1] Bu o deməkdir ki, qoy Sənin adına müqəddəs kimi hörmət edilsin.