Bu həftə müsəlman torpaqlarına səyahət edən məsihçilər üçün dua edəcəyik
Müxtəlif ölkələrdən olan məsihçilər dünyanın hər yerinə səyahət edirlər. Onların böyük hissəsi müsəlman ölkələrinə gedir. Müqəddəs Ruh bizi itmişlər üçün ilahi istəklə doldurduqda biz Rəbbimiz və Xilaskarımızın şahidləri olmaq üçün necə böyük qüvvəyə çevrilə bilərik!
Ağzımızı açmaq üçün bizdə Müqəddəs Ruhun məshi və cəsarəti olarsa, Allahın bizi ehtiyacı olan insanlara istiqamətləndirib onlara xidmət etmək üçün sözlərimizdən necə istifadə etdiyinə mat qalacağıq.
Dua
Rəbb Allah, öz Xilaskarına sadiq qalan və müsəlman ölkələrinə səyahət edən saysız-hesabsız məsihçiləri Sənin qarşına gətirirəm. Onlara cəsarət ver. Onları Müqəddəs Ruhunla məsh et. Onlara söhbətə başlamağa və görüşdükləri insanlara kömək əlini uzatmağa kömək et. Qoy ümid və sevinc bəxş etmək üçün Məsihin mərhəmətini başqalarına çatdırsınlar. Onlara günahdan qurtuluş, qaranlıqda işıq, təlatümlü həyatda sülh və məğlubiyyət yerində qələbəni bəyan etməyə kömək et.
Xahiş etmirəm ki, bütün məsihçilər xidmətçi olsunlar, lakin bütün məsihçilər insanları İsaya gətirməkdə cəsarət göstərsinlər.
Qalibdən də üstün olan Xilaskarın həyatının bayrağı altında yaşamağa hamımıza kömək et.
Minnətdaram Sənə. Amin.
Allahın vədi
Mən səni kimin yanına göndərsəm, gedəcəksən, sənə nə əmr etsəm, onu söyləyəcəksən. Adamlardan qorxma, çünki səni qurtarmaq üçün Mən səninlə olacağam (Yeremya 1:7-8).