Bu həftə biz müsəlmanlar arasında zəfər çalan imanlılar cəmiyyəti üçün dua edəcəyik
İsa bizə vəd verib: “Mən cəmiyyətimi quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək” (Matta 16:18)[1]. Qədim dövrlərdə şəhər darvazaları ağsaqqalların öz cəmiyyətlərinin işlərini müzakirə etmək üçün toplaşdıqları yer idi (Yaradılış 19:1; 23:10; Rut 4:1). Cəhənnəmin qapıları da iblisin Allahın xalqına qarşı hiylə qurmaq üçün öz ruhlarını topladığı yerdir. Biz bəyan edirik ki, İsanın müsəlmanlar arasında cəmiyyətə verdiyi vəd yerinə yetəcək və şeytanın ona qarşı olan hiylələri heç vaxt baş tutmayacaq.
Vahibə Rəbb İsa Məsihə iman etmiş müsəlmandır. Ona inkişaf etmiş xərçəng diaqnozu qoyulmuşdu. Onun müsəlman bacısı Vahibəni şəfa tapması üçün falçılara müraciət etməyə sövq edirdi. Amma Vahibə qətiyyətli, güclü məsihçi idi. O, qəti şəkildə bundan imtina etdi. O, bacısına şəfa tapması üçün yalnız İsaya etibar edəcəyini dedi.
Rəbb Allahımız müsəlmanlar arasından Vahibə kimi güclü imanlılar çıxarsın.
Dua
Göylərdə olan böyük Allah, müqəddəs Adın əbədi olaraq uca tutulsun. Sən hər şeyə Qadirsən. Sən bizim möhkəm qalamızsan. Zəif olduğumuz halda müsəlmanlar arasında qüdrətli zəfər çalan cəmiyyət üçün Sənə müraciət edirik. İndiki zamanda Məsihin yanına gələn çoxsaylı müsəlmanlara görə Sənə minnətdarıq. Lakin biz başa düşürük ki, oradakı imanlıların Ruhla dolu, diqqət mərkəzində Məsih olan, Müqəddəs Kitaba əsaslanan və onların mədəniyyəti ilə uyğun olan canlı cəmiyyətlərə ehtiyacı var. Dua edirəm ki, hər bir müsəlman cəmiyyətində Sənin izzət və qüdrətinin şahidi olan belə cəmiyyətlər qurulsun.
Belə qrupların rəhbərlərinə və üzvlərinə hikmət, bilik və dərrakə ver. Onları cəsarətlə doldur. Övladların üçün saxladığın dərin sirləri onlara açıqla. Düşmənə müqavimət göstərmək və çarmıx əsgərlərinə yaraşan tərzdə döyüşmək üçün onları qüdrət və dəyanətlə doldur.
İsanın qüdrətli adı ilə. Amin.
Allahın vədi
Sənə qarşı işlənən heç bir silah işə yaramayacaq (Yeşaya 54:17).
[1] Cəhənnəm qapıları və ya ölüm qüvvələri.