Bu həftə qaçqınlar üçün dua edəcəyik
Hazırda dünyada bir milyarda yaxın insan daxmalarda yaşayır. Pis və acınacaqlı şəraitdə yaşayan insanlar özlərini alçaldılmış və rəzil hiss edirlər – suları, kanalizasiya sistemləri yoxdur, çarpayı əvəzinə yerə karton sərib yatırlar.
Bu insanların sayı gündən-günə artır. Onlar hamısı müsəlman olmasa da, böyük hissəsi müsəlmandır.
Dua
Ya Rəbb Allah, Sən insanları Öz surətində yaratdın ki, onlar Sənin və İsanın adını izzətləndirsinlər. Antisanitariya və acınacaqlı şəraitdə yaşamağa məhkum olunmuş bacı qardaşlarımız üçün dua edirik.
Hakimiyyətdə olan insanların qəlbi sınıq insanlara etdiyi zorakılığa qarşı dua edirəm. Onların vicdanlarını oyat, ey ədalətli Allah. Onlara bildir ki, bir gün etdiklərinin əvəzini almaq üçün Sənin taxtının önündə duracaqlar.
Məsihin məhəbbət xəbərini ümidsiz, ruhdan düşmüş və əzab çəkənlərlə bölüşməyə hazır olan müjdəçilərini onların yanına göndər.
Ey mərhəmətli Ata, Öz övladlarını maddi və ərzaq təminatı ilə yoxsulların və ümidini itirmiş insanların sığınacaqlarına göndər.
Yoxsulların Sənin lütfünü qəbul etmələri, Məsihin Müjdəsinin qüdrəti ilə dəyişilmələri və həyatlarını Ona həsr etmələri üçün dua edirəm.
Qaçqınlar arasında işləyən missionerlər üçün dua edirəm. Onları Müqəddəs Ruhla, mərhəmət və cəsarətlə doldur. Onların səylərini iman etmiş qəlblər vasitəsilə mükafatlandır. İsanın əziz adı ilə, amin.
Allahın vədi
O, yoxsulları toz-torpağın içindən götürür, fəqirləri küllükdən çıxarır. Onları hökmdarların yanında əyləşdirir, onlara irs olaraq şərəf taxtını verir (1 Şamuel 2:8).